Qubad İbadoğluna elektron qandal taxıldı – Hərəkəti nəzarətə götürüldü
Mayın 4-də Sumqayıt şəhərində polis əməkdaşları məhkəmənin qərarını icra edərək Qubad İbadoğlunun bağ evində ona hərəkətlərinə məsafədən aramsız nəzarət etməyə imkan verən elektron qolbaq tətbiq ediblər (TURAN İA).
Bu elektron nəzarət vasitəsinin tətbiq olunması İbadoğlunun yerdəyişmələrini müəyyən ərazi ilə məhdudlaşdırmaq üçündür.
Musavat.com xatırladır ki, 9 aylıq həbsdən sonra məhkəmə səhhətini nəzərə alaraq, Q. İbadoğlu barədə həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz etmişdi.