• 24 Noyabr 2024 20:56

Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir

Ceyson Holton Böyük Britaniyanın ən ağır adamı olub.

“Xəstələndikdən sonra Ceysonu xəstəxanaya təcili tibbi yardım maşınında altı nəfər yanğınsöndürən aparmalı olub, ikiotaqlı mənzilindən çıxarmaq üçün isə onu kranla qaldırmaq lazım gəlib…”

 

Böyük Briyaniyanın ən ağır adamı olan Ceyson Holton ölümündən sonra lazımi qaydada dəfn olunmaya bilər, çünki cəsədi həddən artıq böyükdür.

Bu barədə “The Sun” nəşri yazıb.

Kədərə qərq olan anası Leysa onun 317 kq-lıq cəsədini kremasiya etmək üçün yer tapa bilmir.

O, deyib: “Ceyson kremasiya olunmasını istəyib, lakin o, kremasiya kamerası üçün çox böyük ola bilər. Əgər onu dəfn etmək lazım gələrsə, bunun üçün çox pul lazım olacaq, mənim isə bu qədər pulum yoxdur, ona birinin əvəzinə iki dəfn yeri lazım gələcək. Biz onu son mənzilə yola salmalıyıq. Mənə onsuz çox çətin olacaq”.

 

33 yaşlı Ceyson bu ay orqanlarının fəaliyyət göstərməməsi və piylənmə səbəbindən dünyasını dəyişib.

55 yaşlı Leysa Surrey Qraflığının Hilford şəhərindəki Kral Xəstəxanasında onun çarpayısının yanında növbə çəkib, onu xəstəxanaya təcili yardım maşınında altı nəfər yanğınsöndürən aparmalı olub.

O, deyib: “Dostum dəfn bürolarına zəng edib, onlardan biri Ceysonun ölçüləri barədə soruşub. Onun çəkisi narahatlıq doğurmur, sadəcə, həddən artıq enli ola bilər. Mən onun katafalka sığacağına əmin deyiləm. Dəfn firmalarından biri deyib ki, onun üçün düzbucaqlı tabut verəcəklər və güman edirlər ki, onlar artıq onu necə daşımağı düşünüblər”.

 

Ceyson 2015-ci ildə Karl Tompsonun ölümündən sonra Böyük Britaniyanın ən ağır adamı olub.

O, yeniyetmə yaşlarında atasının ölümündən sonra həddən artıq çox yeməyə başlayıb. 2020-ci ildə Coysonu özünün Surrey Qraflığının Kamberla şəhərindəki ikiotaqlı mənzilindən xəstələndikdən sonra kranla qaldırmaq lazım gəlib.

Bundan sonra o, qidasını azaldıb və qocalar evində üç kq çəki itirib.

O, bir neçə mini-infarkt keçirib, yeriyə bilməyib və Hempşirdəki kənd evində yatağa düşüb.

 

Leysa deyir ki, Ceyson fevralda ciddi xəstələnib və əlavə edib: “Onun böyrəkləri işləməyib, ürəyinin sağ hissəsi zədələnib. Lakin Ceyson son nəfəsinədək mənə görə, mənimlə hər şeyin yaxşı olub-olmayacağına görə narahat olub. O, çox gözəl, xeyirxah və qayğıkeş insan olub”.

Tacxeber.com

Oxşar xəbərlər