• 24 Noyabr 2024 00:01

İstanbul aeroportunda təhlükəli anlar yaşandı

ABŞ-nin “FedEx” yük şirkətinə məxsus “Boeing 767” tipli təyyarə İstanbul Hava Limanında qəzalı eniş edib. Hadisəyə səbəb hava gəmisinin şassisinin açılmaması olub.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən xəbər verilib.

 

Məlumata görə, təyyarə Paris-İstanbul reysini yerinə yetirirmiş.

 

“Bu gün “FX6238” Paris-İstanbul yük reysini həyata keçirən “Boeing 763” tipli təyyarənin pilotu İstanbul Hava Limanının ATC (Hava Nəqliyyatına Nəzarət – red.) bölməsinə yerli vaxtla saat 07:55-də ön eniş şassisinin açılmaması (hidravlik nasazlıq səbəbindən) barədə məlumat verib. Yerli vaxtla saat 08:17-də 16R uçuş-enmə zolağına ön şassisi bağlı halda enib və uçuş zolağında qalıb. Təyyarəyə Hava Limanı Xilasetmə və Yanğından Mühafizə Xidməti qrupları tərəfindən müdaxilə edilib. Qəza nəticəsində ölən və yaralanan olmayıb. Rəhbərlik tərəfindən ekspertlər təyin edilərək araşdırma işlərinə başlanılıb”, – deyə məlumatda bildirilib.

 

Həmin qorxulu anları əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. (oxu.az)

Oxşar xəbərlər