• 23 Noyabr 2024 00:46

Günəşdə 15 güclü partlayış qeydə alındı

Alimlər bu gün 15 güclü günəş alışması qeydə alıblar.


Tacxeber.com
 TASS-a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Bildirilir ki, onlardan ikisi ən yüksək X dərəcəli olub.

Eyni zamanda, institutun məlumatına görə, bəzi alovlar qısa radio dalğalar rabitəsinin pozulması və tac kütləsinin atılması ilə müşayiət olunub.

Qeyd edilir ki, son iki həftə ərzində alimlər Günəşdə ən yüksək dərəcəli X sinifinə aid altı alışma və monitorinq məlumatlarına əsasən çoxlu sayda M sinfinə aid alışma qeydə alıblar.

Tacxeber.com

Oxşar xəbərlər