• 23 Noyabr 2024 00:57

Paşinyanla kəllə-kəlləyə gələn erməni keşiş kimdir? – Maraqlı məlumatlar

İrəvanda Paşinyan əleyhdarlarının keçirdiyi aksiyalar davam edir. Kilsənin təşviqi ilə keçirilən mitinqlər son 2 gündə daha genişmiqyaslı xarakter almağa başlayıb. Etirazçıların başında isə Tavuş arxiyepiskopu Baqrat Qalstanyan dayanır. 

 

O, dünənki mitinqlər zamanı baş nazir Nikol Paşinyana istefa verməsi üçün 1 saat vaxt vermişdi. Ümumilikdə isə Ermənistanda və xaricdəki erməni diasporunda arxiyepiskopun bu təşəbbüsunə yetərincə dəstək var.

 

Bəs mitinqlərin əsas təşkilatçısı Baqrat Qalstanyan əslində kimdir?

 

Tacxeber.com son günlər Nikol Paşinyanla kəllə-kəlləyə gələn erməni arxiyepiskopun bioqrafiyasını təqdim edir:

 

Baqrat Qalstanyan 20 may 1971-ci ildə Ermənistanın Gümrü şəhərində anadan olub. Ermənistanda “Müqəddəs Eçmiədzin Ana taxt-tacının Qevorqyan” seminariyasında təhsilini davam etdirən Qalstanyan 1993-cü ildə deakon dini təyinatını alıb. 1995-ci ildə Eçmiədzindəki Müqəddəs Qriqori məktəbinin direktoru vəzifəsini icra edərkən, yeni yaradılmış Xristian Təhsili və Təbliğ Mərkəzinin vitse-prezidenti təyin edilib. O, “Qanteq” dini televiziya proqramının qurucu üzvlərindən biri olub. Baqrat Qalstanyan 1996-1998-ci illərdə I Qareqinin katibi olaraq Cənubi Amerika, Rusiya, Böyük Britaniya və Avstriyaya papalıq səfərlərində iştirak edib.

 

Kanada Yeparxiyasının Baş Assambleyası 2003-cü ilin may ayında Qalstanyanı Kanada Erməni Kilsəsinin Yeparxiyasının primatı seçib və həmin ilin 22 iyununda II Qareqin onu Yepiskop rütbəsinə yüksəldib. 6 yanvar 2013-cü ildə Kanadanın Monreal şəhərində Qalstanyana Kraliça II Yelizavetanın “Almaz yubiley” medalı təqdim olunub. Arxiyepiskop Baqrat Qalstanyan 2015-ci ildən bəri Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı dini vəzifəsini yerinə yetirir.

 

Qeyd edək ki, arxiyepiskop Baqrat Qalstanyan bütün fəaliyyəti boyunca millətçi mövqeyi və qatı türk əleyhidarlığı ilə tanınıb.

Tacxeber.com

Oxşar xəbərlər