34 ton süd məhsulları məhv edildi
34 ton süd məhsulları məhv edildi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istifadəyə yararsız 34 tondan artıq süd məhsullarını məhv edib.
Bu barədə AQTA-dan məlumat verilib.
Sun Food MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 34.29 ton çəkidə müxtəlif növ süd və süd məhsulları Təmiz Sumqayıt-Kənan MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.