• 23 Noyabr 2024 05:15

AFFA Gürcüstanın sabiq baş məşqçisini millimizə dəvət etdi – 4 illik müqavilə…

AFFA Gürcüstanın sabiq baş məşqçisini millimizə dəvət etdi – 4 illik müqavilə…

 

Slovakiya yığmasının sabiq baş məşqçisi Vladimir Vayss karyerasını Azərbaycanda davam etdirə bilər.

AFFA hazırda ölkəsində “Slovan”ı (Bratislava) çalışdıran mütəxəssisin millimizdə işləməsini istəyir.

Federasiyanın icraçı vitse-prezidenti Sərxan Hacıyev məhz onunla görüşmək üçün Avropaya səfər edib.

 

Tərəflər uzunmüddətli əməkdaşlığın prespektivləri ətrafında geniş müzakirələr aparıb. AFFA 60 yaşlı sükançıya 4 illik (2+2) illk müqavilə təklif eləyib.

Vayss məşqçilik karyerasına “Artmedia”da başlayıb. 10 il Petrjalka təmsilçisini (1996-2006) çalışdırıb.

 

Növbəti ili Rusiyada – “Saturn”da keçirib. 2007-ci ildə yenidən “Artmedia”ya qayıdıb,

2008-ci ildə isə Slovakiya yığmasının sükanı arxasında əyləşib. 2011-ci ildə millini “Slovan”a dəyişib.

2013-2015-ci illər aralığında “Kayrat”da (Qazaxıstan) fəaliyyət göstərib. 2016-2020-ci illəri Gürcüstan kopmandasında keçirib.

2021-ci ildən bu tərəfə “Slovan”da işləyir. (Sportinfo)

Tacxeber.com

Oxşar xəbərlər