Millinin baş məşqçi postuna 2 namizəd AFFA rəhbərliyində MÜBAHİSƏ YARATDI
Mayın 13-də AFFA İcraiyyə Komitəsinin (İK) növbəti toplantısı keçiriləcək.
İclasın gündəliyi federasiyanın rəsmi saytı vasitəsilə açıqlanıb.
Buradan görünür ki, millinin yeni baş məşqçisinin kimliyi ilə bağlı məsələ müzakirə pridmeti olmayacaq. Hər halda Canni De Byazinin sələfinin kimliyini müəyyənləşdirmək barədə polemikadan orada danışılmır.
Bunun nəyi belə olması artıq bizə bəllidir. Redaksiyamıza verilən informasiyaya görə, yığmanın çalışdırıcısı ətrafında gedən məsləhətləşmələr uzanır.