Çiy yumurta içmək xeyirlidir, yoxsa zərərli?
Əksəriyyət düşünür ki, çiy yumurta faydalıdır…
Bir çox insan yumurtanın çiy olaraq qəbul etməyin daha faydalı olduğunu düşünür. Kimi səsi üçün, kimisi də immun sistemini gücləndirmək üçün çiy yumurta içir. Bəs çiy yumurta içmək ziyandırmı?
Tacxeber.com xəbər verir ki, mütəxəssislər gündə 1 ədəd yumurta yeməyi məsləhət görür. Xalq arasında isə yumurtanın daha çox çiy şəkildə faydalı olduğu düşünülür. Lakin mütəxəssislər çiy yumurtanın hər zaman yararlı olmadığını, hətta bir çox xəstəliyə səbəb olduğunu vurğulayır. Yumurtanın içərisində olan salmonella mikrobu sağlamlığa mənfi təsir edir. İmmun sistemi güclü olan insanlarda ishala səbəb olur. Davamlı çiy yumurta qəbul etdikdə B7 vitamini azalır.
YUMURTANIN FAYDALARI
1 ədəd yumurta 72 kaloridir. A, B2, B5, B12 vitamini, fosfor və folatla zəngindir. Omeqa-3 qaynağı olan yumurta eyni zamanda orqanizmi tox tutur.
Ürəyin sağlamlığı üçün ən vacib qidaların ilk sırasındadır.
A vitamini ilə zəngin olan yumurta gözlərin sağlamlığı üçün çox dərəcə faydalıdır.
Uzun illər mütəxəssislər yumurtanın pis xolestrola yol açdığını vurğulamışdı. Amma aparılan araşdırmalar bu haqda irəli sürülən fikirlərin düzgün olmadığını, yumurtanın yaxşı xolestrolu yüksəltdiyi sübut edilmişdir.
Yumurtada beynin sağlamlığı üçün vacib olan kolin maddəsi var. Odur ki sağlam beynə sahib olmaq üçün davamlı yumurta yemək lazımdır.
Yumurta immun sisteminin gücləndirilməsinə kömək edir. 1 yaşından başlayaraq uşaqlara miqdarını aşmadan yumurta verilməlidir.
Yüksək miqdarda protein qaynağı olan yumurta əzələ və sümüklərin sağlamlığı üçün çox əhəmiyyətli qidadır.