• 24 Noyabr 2024 04:38

Yaponlar qara ənciri niyə çox yeyirlər? – İnanılmaz faydaları

Sağlamlıq və uzun ömür dedikdə ağla ilk gələn ölkə olan Yaponiyada meyvə və tərəvəz istehlakına çox əhəmiyyət verilir.

 

Yaponların ən sevdikləri meyvələrdən biri də qara əncirdir. Hətta Yaponiya 2025-ci ildə Türkiyənin Bursa şəhərindən tonlarla qara əncir idxal etməyi planlaşdırır.

Bəs, yaponlar niyə bu qədər çox qara əncir istehlak edirlər?

 

Medicina.az qara əncirin faydalarını araşdırıb:

 

Qara əncir yüksək zülal, vitamin və mineral tərkibi ilə şəfa mənbəyidir. Yüksək lifli quruluşuna görə həzmi sürətləndirən və asanlaşdıran qara əncir bağırsaqları yumşaldır, qəbizliyi aradan qaldırır. Qara əncirin dəri sağlamlığından tutmuş, immuniteti gücləndirməyə, həzm problemlərini aradan qaldırmaqdan, ürək-damar xəstəlikləri riskini azaltmağa qədər sonsuz faydaları var.

* Tərkibindəki yüksək miqdarda zülal, vitamin və mineral sayəsində hüceyrələrin yenilənməsini təmin edir.

* Bu meyvə həzm dostudur. Bağırsaqları aktivləşdirərək həzmi asanlaşdırır və qəbizliyin qarşısını alır.

* Tərkibindəki kalium mineralları ilə ürək sağlamlığını qoruyur.

* Lif ehtiva etdiyi üçün xora, reflüks və qastrit kimi mədə xəstəlikləri zamanı faydalıdır.

* Tərkibindəki antioksidanlar sayəsində dəri xəstəliklərinə qarşı təsirlidir. Ekzema və sedef xəstəliyinə yaxşı təsir edir. Qan dövranını sürətləndirən və bədəndən toksinləri çıxaran qara əncir dərini gözəlləşdirir.

* Tərkibindəki maqnezium və C vitamini ilə saç köklərini qidalandırır.

* Qan təzyiqini aşağı salır.

* Lifli quruluşuna görə uyğun porsiyalarda istehlak edildikdə şəkər xəstələrinə yaxşı təsir edir. İnsulini balanslaşdırır.

* Gözlər üçün faydalıdır.

* Tənəffüs yolları xəstəliklərinə qarşı müqavimət yaradır.

* Qadınlarda menopozdan sonra döş xərçəngi riskini azaldır.

* Sümük və diş sağlamlığına müsbət təsir göstərir. Tərkibindəki fosfor və kalsium sümüklər və dişlər üçün faydalıdır. Osteoporoz zamanı bol miqdarda yemək tövsiyə edilir.

* Xüsusilə hamilə qadınlar və inkişaf yaşında olan uşaqlar üçün tövsiyə olunur.

* Xərçəngdən qoruyur. Əsasən də təzə əncirdə olan A, E, K kimi antioksidanlar və vitaminlər bədəni zərərli komponentlərdən qoruyur və immuniteti gücləndirir.

* Tərkibində təbii şəkər olan qara əncir gün ərzində qəfil yaranan şirniyyat istəyinin qarşısını alır.

Tacxeber.com

Oxşar xəbərlər