• 23 Noyabr 2024 16:14

Bədənin hansı hissəsindəki şişkinlik nə mənaya gəlir? – Bu halda həkimə müraciət edin!

Bədənin müxtəlif yerlərində vaxtaşırı yaranan şişkinlik, çoxumuzun zaman-zaman yaşadığı problemdir. Bu, adətən mayenin müvəqqəti olaraq toplanmasından qaynaqlanır.

 

Ancaq şişkinlik tez-tez baş verirsə, diqqət tələb edən məsələyə çevrilir. Çünki şişkinliklər çox ciddi problemlərə işarə edə bilər.

 

Bədənin hansı hissəsindəki şişkinlik nə mənayə gəlir?
Medicina.az xəbər verir ki, davamlı şişkinlik hormonal dalğalanmalar, ürək və ya böyrək problemləri kimi xroniki xəstəliklərin əlaməti ola bilər. Şişkinliyin əsas səbəblərini müəyyən etmək və potensial sağlamlıq problemlərini həll etmək üçün tibbi məsləhət almaq vacibdir.

 

Gözlərin şişməsi

Göz ətrafındakı dəri nazik və həssasdır. Bəzən insanların gözləri şişdikdə bu, adətən öz-özünə keçir. Gözün şişməsinə səbəb olan bəzi səbəblər çoxlu duz istehlakı, qeyri-kafi yuxu, allergiya, göz infeksiyası, tıxanmış göz kanalları və qraves xəstəliyi ola bilər.

 

Şişkinliyiniz keçmirsə, mütləq həkimə müraciət etməlisiniz.

 

Əllərin və barmaqların şişməsi

Bəzən toxumalarda çox maye olduqda əllər şişə bilər. Bu, hamiləlik zamanı və ya temperatur dəyişdikdə baş verir. Əllərin şişməsinə bunlar səbəb ola bilər: çox duzlu yeməklər, bəzi dərmanların qəbulu, böyrəklərin kifayət qədər yaxşı işləməməsi və ya damar problemi.

 

Əlləriniz çox şişirsə və bu şişlik çox tez-tez baş verirsə, vəziyyəti ciddi qəbul etməlisiniz.

 

Ayaqların və topuqların şişməsi

Bu şişkinlik adətən zərərsizdir, çünki uzun müddət ayaq üstə durmaqdan və ya gəzməkdən ola bilər. Ancaq şişlik qəfildən, səbəbsiz yaranırsa və bu vəziyyət tez-tez baş verirsə, ehtiyyatlı olmaq lazımdır. Çünki bu hal sağlamlığınızla əlaqəli nələrinsə yolunda getmədiyinə işarə ola bilər.

 

Ayaq və topuq şişməsi ürək çatışmazlığı, qaraciyər xəstəlikləri, böyrək xəstəlikləri, limfedema, venoz çatışmazlığı kimi problemlərlə əlaqələndirilir.

Tacxeber.com

Oxşar xəbərlər