• 24 Noyabr 2024 22:02

Elnarənin “səhərə qədər sevişirik” sözü müzakirələrə yol açdı

Müğənni Elnarə Xəlilovanın aparıcı Ülvira Qarayeva ilə söhbəti zamanı dedikləri müzakirələrə səbəb olub.

 

Tacxeber.com xəbər verir ki, o, həyat yoldaşı ilə 8 yaşlı oğlu Ərtoğrulu əzizləməklərindən söz açıb. İfaçı deyib ki, hətta günü bu gün kiçik oğlu əri Rövşənlə aralarına girib yatır:

 

“Onu ortamızda yatızdırırıq. Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla – Ərtoğrulla. Çox ağıllı uşaqdır”.

 

Müğənninin çıxışında oğlu barədə “Səhərə qədər sevişirik onunla” deməsi isə birmənalı qarşılanmayıb.

 

Əslində, müğənninin məhz dediyi sözlər başlığa çıxarılsa da, həm jurnalistlər, həm də oxucular arasında başlığı tənqid edənlər olub.

 

Yazıçı Şərif Ağayar isə “sevişmək” sözü ilə bağlı problem olmadığını deyib:

 

“Bu söz bizim dildə bir-birini sevmək mənasını verir. Yəni qarşılıqlı sevmək. Öpüşmək, qucaqlaşmaq kimi. Siz deyən (yanlış anlaşılan) məna türklərdən keçib və bizdə qarşılığı çox kobuddur. Ona görə məcburən o sözü işlədirik. Elnarə səhv etməyib, diqqətsizlik edib. Sözün türklərdən keçmə mənasını nəzərə almayıb”.

 

Müğənni Elnarənin qrup yoldaşı olduğunu qeyd edən Şəfiqə adlı sosial şəbəkə istifadəçisi isə 24 il əvvəl bu sözə görə ifaçının müəllimlə mübahisə etdiyini deyib:

 

 

“Elnarə 24 il əvvəl müəllimlə bu söz üstündə dava eləmişdi. Hadisənin şahidiyəm. Cavan müəllim soruşdu ki, sevgilin var? “Hə” dedi. Müəllim gülə-gülə soruşdu ki, sevişirsiniz? Qırğın düşdü ki, o nə sözdür, deyirsiniz. Həmin müəllim eynilə bu sözü sevginin qarşılığı kimi izah edəndə qətiyyən razılaşmadı və dava saldı”.

Tacxeber.com

Oxşar xəbərlər