• 24 Noyabr 2024 04:06

Şirəsi daha faydalıdır – 1 stəkanı xolesterin səviyyəsini azaldır

Pomidor yaz və yay aylarının əvəzolunmaz qidalarından biridir. Onu günün hər saatında yemək mümkündür. Kimi səhər yeməyində çiy halda yeyir, kimi də yeməklərdə istifadə etməyi və ya salatlara əlavə etməyi sevir.

 

Ancaq ekspertlər pomidorun şirəsinin özündən daha faydalı olduğu qənaətinə gəliblər. Faydaları sonsuz olan bu tərəvəzin şirəsi də bir çox problemlərin həllidir.
Pomidoru bu qədər dəyərli edən onun tərkibindəki likopendir. Bu maddə ürək xəstəlikləri və xərçəng riskini azaltmağa kömək edir.
Likopen daha çox pomidorun dərisində olur. Dəri nə qədər qırmızı olarsa, pomidorda bir o qədər çox likopen ehtiva edir.

Folat, C və K vitaminləri və kaliumla zəngin olan pomidorun 95 faizi isə sudur. Qalan 5 faiz lif və karbohidratlardan ibarətdir. Orta ölçülü pomidorda təxminən 1,5 qram lif var.

 

Likopen dəri sağlamlığı üçün faydalıdır və ürək xəstəliklərinin qarşısını alır.

Tədqiqatlar göstərir ki, likopen pis xolesterolu azaltmağa kömək edir. O, həmçinin iltihabın qarşısını alır və qan damarlarına qoruyucu təsir göstərərək laxtalanma riskini minimuma endirir.
Tərkibində yüksək miqdarda likopen olan pomidor günəş yanıqlarından da qoruya bilər.

 

Bişmiş və ya qurudulmuş, emal edilmiş pomidorlar, təzə pomidorlardan daha çox likopen ehtiva edirlər. Tomat pastası, ketçup, pomidor şirəsi və pomidor tərkibli souslar orqanizmin ehtiyacı olan likopenin 80 faizini təmin edir. Ancaq bunlardan ən faydalısı pomidor şirəsidir.

 

Ev şəraitində pomidoru şirə halına gətirib gündə 1 stəkan içmək yuxarıda sadalanan bütün faydaları təmin etməklə yanaşı xolesterin səviyyəsini də qısa müddətdə aşağı salır.

Tacxeber.com

Oxşar xəbərlər