Rəşad Sadıqov: “Əcnəbi hakimlərin futbolumuza ziyanı olmayacaq”
“Gərgin oyunun şahidi olduq. Matça yaxşı köklənmişdik”.
Tacxeber.com sportal.az saytına istinadən xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 35-ci turunda səfərdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında bildiri .
O deyib ki, meydanın şəraitin nəzərə alsaq, regionlarda günəşdə oynamaq çətindir: “Bunu oyunun gedişatında hiss edirdik. Lazım olan qələbəni qazandıq. Təhlükəli hücumlarımız var idi. Qapımızda qol epizodu vermədən oyunu başa vura bildik. Qarşıda bizi “Səbail”lə bundan da vacib oyun gözləyir”.