Rəisinin ölümü: Ölkədə nələr ola bilər? – Rus ekspert
İndiki vəziyyətdə İran daxili təhlükəsizliyi, sabitliyi xüsusilə diqqətlə təmin etməli, ictimai-siyasi vəziyyətə təsir edə biləcək mənfi tendensiyaları dayandırmalıdır.
Tacxeber.com xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında ölməsinin sonra ölkədaxili və regional təhlükəsizliyə təsirləri haqda danışarkən deyib.
“Ölkədə real hakimiyyət SEPAH-a arxalanan ali rəhbər Əli Xameneiyə məxsusdur. SEPAH ölkədə vəziyyətin pisləşməməsi üçün bütün vasitələrdən istifadə edəcək. Çünki İran prezidentinin ölümünün rəsmi versiyadan fərqli versiyasını təbliğ etməkdə maraqlı olanlar olacaq. Bu versiyalar problemlərini həll etmək üçün bulanıq suda balıq tutmaq istəyən bəzi qüvvələri və ya ölkələri işə sala bilər”, – o bildirib.
Korotçeko “Qərb İrandakı vəziyyətdən istifadə edə bilərmi” sualına bu cür cavab verib:
“Bu, kifayət qədər problemlidir. Prezidentin ölümü xarici oyunçulara çətin ki, ciddi şans versin. Bu yaxınlarda İran və İsrail arasında zərbə mübadiləsindən sonra Yaxın Şərqdə hərbi münaqişənin kəskin mərhələsi baş verdi, lakin vəziyyət minimal itkilərlə həll olundu. Bu gün ABŞ-a böyük regional münaqişəyə səbəb olmaq sərfəli deyil. Açığı, İsrail də İranla birbaşa hərbi-siyasi toqquşmada maraqlı deyil. Ona görə də Qərbin real təsir rıçaqlarının olması ehtimalı azdır. Yüksək ehtimalla İranda hakimiyyətin rahat ötürülməsi təmin olunacaq”.
Rusiyalı ekspert xatırladıb ki, helikopterlə bağlı insident məlum olduqdan dərhal sonra il yardım təklif edən ölkələr Azərbaycan, Türkiyə və Rusiyadır: