Dünyanın nüfuzlu universitetlərinə qəbul olan azərbaycanlı təhsilini yarımçıq qoydu – Səbəb
2019-cu ildə Yasin dünyanın bir sıra nüfuzlu universitetlərinə (Massaçusets Boston, İllinoys Ştatı, Şimali Florida Universitetini, Baxçaşəhər Unverisiteti) qəbul olunan Yasin Quliyev(Uğur) magistr təhsilini yarımçıq qoyub.
Tacxeber.com xəbər verir ki, ali təhsil almaq üçün Türkiyənin Sabancı Universitetini seçən Yasin Uğur bildirib ki, buna səbəb universitetin müəllimlərdindən birinin ona qarşı qərəzli münasibəti olub:
“Çox təəssüf ki, Sabanci Universitetindəki tam təqaüdlü magistratura təhsilimi yarımçıq buraxaraq ayrılmalı oldum. Qərarı almaqda məqsədim universitetin professoru, tezis mövzumu təsdiqləməkdə məsul şəxslərdən biri Orçun Çetinin mənə olan kəskin qərəzli münasibətinin dözülməz həddə çatmasına və universitet rəhbərliyinin dəfələrlə etdiyim çağırışlara laqeyd yanaşmasına qarşı etirazımı bildirməkdir.
Bu cür aşağı səviyyəli münaqişələrə günlərimi ayıracaq qədər vaxtım və səbrim olmadığına görə qərarım qəti oldu. Sabancı Universiteti kimi dünya səviyyəli təhsil ocağında beləcə xəstə zehniyyətli bir insana tezis mövzumun təsdiqinin həvalə etməkləri mənə hələ də gülünc gəlir. Orçun Çetin iştirak etdiyim bütün dərslərdə heç bir əsası olmadan publika qarşısında mənə yaşına və statusuna yaraşmayan şəkildə atmacalar atmaqdan çəkinmir, bu da yetməzmiş kimi, dərslərlə bağlı yardım istədiyim mövzularda məni hər dəfə görməzdən gəlirdi. Sözsüz ki, mövcud vəziyyət akademik performansıma, imtahan göstəricilərimə mənfi təsir edir, həm də universitetdəki asistant-müəllim fəaliyyətimə olan motivasiyamı aşağı salırdı.
Mövzu ilə bağlı bağlı dəfələrlə dekan Erkan Savaş ilə əlaqəyə keçsəm də, bu barədə heç bir tədbir görülmədi. Qısacası, mübarizədə heç kim yanımda olmadı. Ən sonda, universitetin Baş Katibi Ali Çalışkana şikayət ünvanladım, ancaq təəssüf ki, qarşı tərəfdən aldığım tək cavab “səbrli ol, bu dərsi keçə bilməsən, gələn semestr başqa dərs götürərsən” minvalında cümlələr oldu.
Uzun müddət dəyişiklik üçün ümid etdikdən sonra psixoloji sağlamlığımı üstün tutmaq qərarına gəldim və semestr bitmədən təhsilimi rəsmi olaraq sonlandırdım. Məsələ ilə bağlı detalları aşağıda “Sabancı Üniversitetsi Etik Kurulu”na yazdığım məktubda görə bilərsiniz”,- deyə o qeyd edib.