• 25 Noyabr 2024 17:42

Xərçəng gənclər arasında sürətlə yayılır – Şok rəqəmlər

Alimlər dünyada 50 yaşdan aşağı insanlarda xərçəngə tutulma halları artmasına görə həyəcan təbili çalır.

 

Tacxeber.com NTV-yə istinadla xəbər verir ki, aparılan bir araşdırma nəticəsində erkən yaşlarda xərçəngə tutulma nisbətinin 1990-2019-cu illərdə 79% artığını üzə çıxarıb.

 

Mütəxəssislər 2030-cu ilə qədər gənc yaşlarda xərçəngə tutulma hallarının 31% artacağını proqnozlaşdırırlar.

 

İllərlə aparılan araşdırmalara baxmayaraq, tədqiqatçılar bu artımın arxasında nə olduğunu müəyyən edə bilməyiblər.

 

Məlumatlar göstərir ki, xərçəng nisbətləri bütün yaş qruplarında artsa da, gənclərdə bu xəstəliyə tutulma halları daha sürətlə artır.

 

Birminqem Universitetinin onkoloqu Dr. Şivan Sivakumar vəziyyəti “epidemiya” adlandırıb.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 50 yaşdan aşağı xərçəng xəstələrinin ən çox rast gəlindiyi ölkə Avstraliya (135%) və Yeni Zellandiyadır (119%).

Tacxeber.com

Oxşar xəbərlər