Qocalmamaq üçün nə qədər çiyələk yeməlisiniz?
Çiyələk çox yeyən insanlar vaxtından tez qocalmır və Alsheymer riski də azalır.
Tacxeber.com Medicina.az-a istinadən xəbər verir ki, alimlərin fikrincə, çiyələk ən faydalı 10 giləmeyvə içində ön yerdədir.
Terapevt, biotexnoloq Tatyana Solnçeva çiyələyin anti-age təsirindən danışıb:
“Çiyələkdə C vitamini, krem, kalium, kobalt var. Bunlar gənclik elementləridir. Eləcə də onda olan mikronutrientlər gözəllik və gənclik mənbəyidir. 100 qram çiyələkdə olan C vitamini kollagenin sintezində iştirak edir, dəri və oynaqların ömrünü uzadır.
100 qr çiyələkdə olan kremniy 3 sutka normanı təmin edir, oynaq, toxuma birləşdirici toxumaları bərkidir, dırnaq və saçları yaxşılaşdırır, dərini elastik edir. Eləcə də kalsium, fosfor, maqniy və s. mənimsənilməsini təmin edir.
Çiyələkdə polifenol, antosianlar kimi antioksindantlar var.