• 24 Noyabr 2024 00:54

Ermənilər “Sarı gəlin”lə bağlı yalanlarını özləri ifşa etdilər – VİDEO

 

Uzun illərdir ki, ermənilər məşhur “Sarı gəlin”i öz musiqisi kimi təqdim etməyə çalışıb. Lakin bu dəfə onlar mahnı ilə bağlı yalanlarını ifşa ediblər.

 

Tacxeber.com bizim.media-ya istinadla xəbər verir ki, “Aysor.am” saytı bir videomaterial paylaşıb.

 

Həmin materialda yenə də təkidlə bu mahnının ermənilərə aid olduğu deyilir. Fikrin sübutu üçün “tarixi fakt”: guya 1939-cu ildə ABŞ Konqresi Kitabxanasında Sidney Robertson Kouellin kolleksiyasında erməni ifaçı Ruben Babayanın ifasında bir mahnı qeydiyyata alınıb. Mahnının adı “Yeravan” olaraq qeyd olunsa da, nəqarətdə “sarı gəlin”,“sarı ceyran”, “sarı maral” deyilir. Hətta Babayan ifasında bir neçə dəfə “neynim aman, sarı gəlin” sözlərinə də yer verib.

 

Bu “tarixi fakt”ın 24 aprel 2024-cü ildə Kanadada təqdimatı olub. Yəni ermənilər sözügedən “fakt”ı ortaya çıxarmaqla əslində, yalanlarını ifşa ediblər.

Tacxeber.com

Oxşar xəbərlər