Altı ay komada qaldı, dəfnə aparılanda ayıldı: Ölüb-dirilən şəxs nə DANIŞDI?
“Altı ay komada qaldığımı, dəfnə aparılanda isə ayıldığımı biləndə dəhşətə gəldim. O anda həyat yoldaşımın nələr çəkdiyini düşündüm”.
Bu sözləri bizim.media-ya 65 yaşlı Füzuli sakini İman Əbdül oğlu Hümbətov bildirib.
Ölüb-dirilən həmsöhbətimiz İman Hümbətov başına gələnləri belə nəql edir:
“Elə bil ölmüşdüm. Sən demə, altı ay komada qalmışam. Heç nə görməsəm də, yanımda danışılanların hamısını eşidirdim, amma gözümü açıb reaksiya verməyə gücüm çatmırdı. Sanki dərin quyunun içindən qurtulmağa çalışırammış kimi, çabalayırdım”.
Altı aydan sonra Bakıdakı xəstəxanalardan birində İman kişinin oyanmadığını və müalicələrin effekt vermədiyini görən həkimlər, onu dəfn üçün xəstəxanada yuyub Füzuliyə göndəriblər.
Hadisənin maraqlı tərəfi məhz bundan sonra başlayıb:
“Yolda heç nədən xəbərim olmayıb, bir qəfil hiss etdim ki, təbii ehtiyacım yaranıb, elə onda da ayıldım. Təcili yardım maşınında idim, üzümü açdılar, sanki yer-göy başıma hərlənirdi. Oyandığımı görüb, məni yenidən Bakıya qaytardılar, müalicə aldım və sağaldım.
1-2 ay danışa bilmədim, yalnız əl-qol hərəkətləri ilə istəklərimi izah edə bilirdim. Ürəyim çox sağlam idi. Elə komadan ayılmağıma səbəb də məhz ürəyimin gücü oldu. Əsas problemim başımda idi. Beynimə qan sızmışdı deyə, komaya düşmüşdüm. Həkimlər mən ayılandan sonra başımdan 30 şprisə yaxın qan çəkdilər”.
İman kişi başına gələn hadisənin fəsadlarını hələ də yaşayır: