• 23 Noyabr 2024 16:49

Niyə Putin yenidən Ukraynada atəşkəsdən danışır? – ISW

Niyə Putin yenidən Ukraynada atəşkəsdən danışır? - ISW

“Rusiya NATO ilə müharibəyə hazırlaşır və Kreml Ukraynanın təslim olmasından başqa hər şeyə özü üçün ekzistensial təhlükə kimi baxır…”

 

Kreml Qərbin Ukraynaya dəstək qərarlarının qəbul edilməsinə təsir göstərmək üçün müharibənin kritik məqamlarında danışıqlara marağı stimullaşdırmaqda davam edəcək.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri yazıb.

 

Qərb KİV-ləri Rusiya prezidenti Vladimir Putinin Ukraynada danışıqlar yolu ilə atəşkəsdə maraqlı olduğu barədə məlumat verməkdə davam edir.

 

Eyni zamanda analitiklər qeyd edir ki, Kremlin ritorikası və Rusiyanın hərbi əməliyyatları onu göstərir ki, Putin əvvəlkitək məzmunlu danışıqlarda və istənilən nizamlanmada maraqlı deyil, çünki bu, ona müstəqil Ukrayna dövlətinin dağıdılmasına nail olmağa mane olacaq.

 

Belə ki, Qərb KİV-ləri ilə söhbət edən rusiyalı mənbələr Putinin danışıqlarda mövqeyinin xiddiyyətli xüsusiyyətlərini təklif edib.

 

Onlar Putinin güman etdiyi atəşkəsinbir hissəsini ərazi güzəştləri kimi vurğulayıb, lakin Putinin Ukraynada müharibəsinin daha geniş strateji məqsədlərinə nadir hallarda toxunub.

 

“Atəşkəs Rusiyaya Ukrayna dövlətçiliyinin məhv edilməsi üzrə hücum kampaniyasını bərpa etməyə mane olmayacaq və Rusiya istənilən atəşkəsdən gələcəkdə Ukrayna ərazisində hücum əməliyyatlarına hazırlıq üçün istifadə edəcək”, – analitiklər vurğulayıb.

 

Onlar qeyd edir ki, Rusiya hazırda NATO ilə mümkün müharibəyə hazırlaşır və Kreml böyük ehtimalla Ukraynanın təslim olmasından başqa hər şeyə Rusiyanın belə müharibəni aparması üçün ekzistensial təhlükə kimi baxacaq.

 

Eyni zamanda onlar qeyd edir ki, Kreml Qərbin Ukraynaya dəstək qərarlarının qəbul edilməsinə təsir göstərmək və Qərbdən güzəştlər əldə etmək üzrə səylərini davam etmək üçün müharibənin kritik məqamlarında danışıqlara marağı stimullaşdırmaqda davam edəcək.

 

Putin müharibəni dondurmağa hazırdır – bəlli olanlar

 

Xatırladaq ki, “Reuters” agentliyi Rusiyanın dörd anonim mənbəsinə istinadən mayın 24-də yazıb ki, Putin atəşkəs haqqında danışıqlara getməyə və mövcud cəbhə xəttində müharibəni dondurmağa hazlırdır.

 

“Putin lazım olanadək döyüşə bilər, lakin o, həmçinin atəşkəsə, müharibənin dondurulmasına hazırdır”, – mənbələrdən biri deyib.

Tacxeber.com

Oxşar xəbərlər