Zaxarovadan Estoniya prezidentinin “Rusiyanı diz çökdürməliyik” bəyanatına REAKSİYA
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Estoniya prezidenti Alar Karisin ölkəsinin Rusiyanı diz çökdürmək üçün hər cür səy göstərməsi ilə bağlı bəyanatını şərh edib.
Tacxeber.com rus mediasına istinadən xəbər verir ki, Zaxarova bu xəbərə istehzalı cavab verib: “Necə? Qoy, göstərsin”.
Estoniya prezidenti Alar Karis deyib ki, Qərbin əsas vəzifəsi “rus döyüş maşını”nı dayandırmaqdır. Estoniya isə “Moskvanı diz çökdürmək” üçün əlindən gələn hər şeyi edəcək.