• 24 Noyabr 2024 01:18

Borrell: Aİ konsensusun olmaması səbəbindən Kiyevə 6,6 milyard avro ayıra bilmir

Borrell: Aİ konsensusun olmaması səbəbindən Kiyevə 6,6 milyard avro ayıra bilmir

 

Avropa İttifaqı (Aİ) konsensusun olmaması səbəbindən Kiyevə silah alınması üçün 6,6 milyard avro ayrılmasını təsdiq edə bilmir.

 

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell bəyan edib.

 

Onun sözlərinə görə, Ukraynaya 6,6 milyard avro dəyərində hərbi təchizat ayırmaq üçün lazım olan 7 hüquqi sənəd Aİ Şurasının təsdiqini gözləyir.

 

“Ancaq bu, bir neçə aydır ki, mümkün deyil. Çünki bütün Aİ ölkələrinin konsensusu lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər