11 ölkə Rusiyaya zərbəyə izn verdi: hansı silahlarla? – Xəritə
Artıq 11 ölkə Ukraynaya Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün icazə verilməsi fikrini dəstəkləyir. Bəs, Kiyevin Rusiya ərazisinə zərbə endirmək üçün hansı Qərb silahları var və bu silahlar nə qədər məsafədəki hədəfləri vura bilər?
Tacxeber.com RT-yə istinadla siyahını və onların çata biləcəyi ərazinin xəritəsini təqdim edir:
– Fransanın HAMMER idarəolunan aviabombaları, eləcə də AGM-88B antiradar raketləri 60 və 80 km məsafəyə malikdir və Rılsk, Suca, Belqorod, Novıy Oskol və Valuyki, eləcə də Rusiyanın bir sıra sərhədyanı digər şəhər və kəndlərini hədəf ala bilər;
– 227 mm-lik ikipilləli GLSDB raketləri, eləcə də ATACMS Blok I əməliyyat-taktiki raketlərinin zərbələri daha böyük dərinliyə (160-165 km) çata bilir. Rusiya ilə sərhəddən 30 km məsafədə atəş mövqeləri yerləşdirilərsə, zərbənin dərinliyi Bryansk, Kursk, Starıy Oskol, Rossoş və Taqanroq şəhərlərini əhatə edə bilər;
– ATACMS Blok IA və QRU raketləri təxminən 300 km uçuş məsafəsinə malikdir və Voronej, Lipetsk və Oryola çata bilir. Həmçinin bu raketlərin əhatə dairəsində Rostov-Don, Taqanroq, Kamensk-Şaxtinski, Şaxtı şəhərləri də var;
– Analoji qanadlı raketlər SKALP-EG və “Storm Shadow” da 300 km məsafəyə malikdir;
– “Tekever AR3” kamikadze dronlarının uçuş məsafəsi 1000 km-ə çata bilər.