Yaqub Eyyubovun qardaşı qızı ilə bağlı qalmaqal
Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov keçmiş həyat yoldaşı Mehriban Eyyubova tərəfindən yenidən məhkəməyə verilib.
Tacxeber.com Gununsesi.info-ya istinadən xəbər verir ki, Mehriban Eyyubova məhkəməyə iddia ərizəsində keçmiş həyat yoldaşı Anar Məhərrəmovdan tutulan aliment məbləğinin artırılmasını, həmçinin birgə nigah dövründə əldə olunan əmlakların ədalətli bölünməsini tələb edir.
Qeyd edək ki, Mehriban Eyyubova baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı qızıdır.