Dazıotu nədir? – Faydalarını bilin
Qızılı-sarı çiçəkləri ilə diqqət çəkən dazıotu dünyada ən çox ixrac edilən bitkilərdən biridir. Xüsusilə dəriyə faydaları çoxdur.
Tacxeber.com xəbər verir ki, dazıotunu yay aylarının əvvəlində çiçəkləri açdıqdan sonra yığmağa başlayırlar. Zeytun yağı ilə qarışdırıldıqda gözəl dərmana çevrilir.
Mütəxəssislərin sözlərinə görə, günəşdə saxlanılan bu bitkinin yağı bədəndəki yara və yanıqlarda, kölgədə qalanı isə mədə problemlərini aradan qaldırmaq üçün istifadə olunur.
Dəridə yaranan yaraların müalicəsində, bədənin səthində iltihablı xəstəliklərdə istifadə edilən dazıotu dərinin qıcıqlanmasını azaldır və sağalma prosesini sürətləndirir.
Xüsusilə, cərrahi çapıqlar və kəsiklər kimi yaraların asan sağalmasını asanlaşdıra bilər. Ölü hüceyrələrin daha sürətli bərpasına kömək edir. Ləkə çıxaran xüsusiyyətləri sayəsində daha canlı dəriyə sahib olmağa kömək edir.
Antioksidant mənbəyi olan dazıotu dəridə artmağa başlayan qırış problemini aradan qaldıra bilər. Yaşlanma əlamətlərini aradan qaldırır və daha sıx və nəmlənmiş dəri əldə etməyinizi asanlaşdırır. Gənc və sağlam görünüş üçün istifadə edə bilərsiniz.
Kiçik kəsikləri, infeksiyaları sağaltmağa, sızanaq yaradan bakteriyaların böyüməsinin qarşısını almağa kömək edir. Ekzema probleminiz varsa o, bu problemi yüngülləşdirməyə kömək edir.
Qəbizlik və şişkinlik problemlərini aradan qaldıra bilər. Faydalı təsirini görmək üçün qatığa, suya və ya çaya bir neçə damcı əlavə edə bilərsiniz. Lakin xroniki xəstəlikləriniz varsa, həkimlə məsləhətləşmədən istifadə edilməməlidir.
Dazıotunu saç serumu kimi istifadə etmək də mümkündür. Baş dərisini təbii şəkildə qidalandırmaq və quruluğun qarşısını almaq üçün köklərə çəkə bilərsiniz. Saçların daha sağlam və güclü olması üçün müntəzəm istifadə lazımdır.