• 23 Noyabr 2024 00:47

Ərin xorultusu arvadı öldürdü – Kuryoz olay

 

Britaniyada ərin xorultusu səbəbindən qadın ölüb.

 

“Medicina” xəbər verir ki, 59 yaşlı Brenda Devis əri Filipp çox möhkəm xoruldadığı üçün gecələr yata bilmirdi.

 

Bir gecə o, birinci mərtəbədə olan divanda uzanmaq üçün yarıyuxulu halda qaranlıqda pilləkəndən yıxılıb və ağır kəllə travması alıb.

 

Qışqırığa ayılan ər arvadını qaranlıqda yıxılmış görür. Təcili yardım gəlsə də Brenda artıq komaya düşmüşdü. Onun baş beyni ciddi zədə almışdı. Bir müddət reanimasiyada süni tənəffüs aparatında saxlanılsa da, həkimlər bunun mənasız olduğunu bildirib. Əri Filipp çətində olsa, arvadının aparatdan ayrılmasına icazə verib.

 

“Bu mənim həyatımın ən böyük acısı idi. O gecə o bir neçə dəfə oyandı və xorultudan yata bilməyəcəm deyib aşağı endi. Mən özümü günahkar sayıram”.

Tacxeber.com

Oxşar xəbərlər