AFFA-nın vitse-prezidentindən ŞOK QƏRAR!
AFFA-nın vitse-prezidenti Elşad Nəsirov millinin yeni baş məşqçisini müəyyənləşdirmək məqsədilə yaradılan İşçi Qrupun sədrliyindən ayrılıb.
Bu qərarı vermək üçün heç kim ona təsir etməyib.
Nə elə, nə belə. Nəsirov İcraiyyə Komitəsinin son iclasının ardından belə qərara gəlib.
O, mövqeyi barədə AFFA prezidenti Rövşən Nəcəfi məlumatlandırıb. Bildirib ki, daha bu prosesdə yaxından iştirak etmək istəmir, seçim üçün İcraiyyə Komitəsinin üzvlərinin ümumi rəyi yetərlidir.
Vitse-prezident fikrini SOCAR-dakı işlərinin çoxluğu ilə əlaqələndirib.