Tramp Baydenin bağlatmaq istədiyi “TikTok”da qeydiyyatdan keçdi – VİDEO
“TikTok” sosial şəbəkəsində ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabı peyda olub. “Realdonaldtrump” adlı istifadəçinin hesabı təsdiqlənib. Hesaba yarım milyona yaxın insan abunə olub.
Tacxeber.com xəbər verir ki, səhifədə Trampın beynəlxalq idman təşkilatı UFC-nin tədbirində iştirak etdiyi yalnız bir video yayımlanıb.
Xatırladaq ki, Donald Trampın qarşıdakı prezident seçkisində rəqibi Co Bayden “TikTok”un ABŞ-da bağlanmasının aktiv tərəfdarıdır.
Çin platforması olan “TikTok”un ABŞ bölümünün Amerika şirkətinə satılması, əks təqdirdə qapanması iddiası ilə məhkəmə prosesi başladılıb. Müşahidəçilər hesab edir ki, Trampın bu addımı prezident seçkisində xal yığmağa hesablanmış texnoloji gedişdir.