Bakının bu qəsəbəsində hamı tıxaca görə evini satır
Paytaxta yaxın olması səbəbindən urbanizasiya prosesində ilk yerlərdə qərarlaşan Masazır qəsəbəsində həyət evlərinin qiymətində ucuzlaşma müşahidə olunur. Daha dəqiq desək, elan saytlarının çoxunda təklif olunan ənənəvi qiymətlərindən olduqca ucuz, təxminən 10-15 min manat aşağı evlərə rast gəlmək mümkündür.
Səbəbi araşdırmaq üçün təklif olunan bir neçə elanla əlaqə saxlasaq da, cavablar müxtəlif oldu. Bəziləri qəsəbədə uzun müddətdir problemlə çevirilən tıxacları əsas göstərsə də, bir çoxları evlərin sənədləşmə və “makler üsulu” olmasını qeyd etdi.
Tacxeber.com xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə başlıca səbəb kimi, hazırda həmin qəsəbədə rəqabət mühitinin olduqca böyük olmasını göstərdi:
“Əslində, vaxtilə həmin əraziyə həddən artıq tələbat vardı. Şəhərə yaxınlığı və əmlakların nisbətən ucuz olması səbəbindən Masazıra kütləvi axın oldu. İşbazlar isə vaxtilə ucuz aldıqları torpaqlarda evlər tikərək satmağa başladılar. Bu proses təxminən 10 il qabaq başlamışdı. Hazırda həmin qəsəbədə ev satanların arasında rəqabət yetərincə yüksəkdir. Eyni zamanda sənədsiz və ya sənədləri natamam olan evlər də həddən artıq çoxdur. Amma rəqabət olan yerdə hər zaman endirim də labüd olur. Düzdür, evlərin kütləvi və ucuz təqdim olunmasında nəqliyyatın sıxlığının da rolu var. Çünki əhali sıxlaşdıqca günün pik saatlarında Masazıra girmək müşkülə çevrilir”.
Ekspertin fikrincə, Masazır kommunikasiya və infrastruktur baxımından ən əlverişli qəsəbələrdəndir: