• 23 Noyabr 2024 12:38

“Mən dərs danışıram, oğlan dönüb qızın ağ baldırına baxır”

“Bir də görürəm dərsdə tələbələrdən biri qısa şortiklə oturub. Deyirəm qızım, sən hara gəlmisən? Bu çimərlik deyil! Bu geyim üçün çimərliklər, diskotekalar, barlar var”. 

 

Bu sözləri Əməkdar artisti Gülşad Baxşıyeva “Həftənin qonağı” verilişində deyib.

O, müəllim kimi çalışdığı Mədəniyyət və İncəsənət Universitetinin qız tələbələrinin açıq-saçıq geyinməsindən gileylənib:

“Qız gəlir qısa şortikdə oturur, mən orda dərs danışıram, oğlanların fikri isə qalır qızın baldırında. Mən danışdıqca başını çevirib qızın ağ budlarına baxır. Deməli, o oğlan bu gün dərsi öyrənmədi.

Axırda qızı qaldırıram, deyirəm, get, adam paltarı geyin! Qızlar da dilli olub, cavab qaytarır ki, necə yəni adam paltarı geyinim? Qarşısında olan pedaqoqun da hansı yaşda olduğunu nəzərə almır və cavab qaytarır.

Deyirəm ki, sən çimərlik paltarında gəlmisən, mən yanındakı tələbələri dərsə cəlb edə bilmirəm, cazibə qüvvəsi sənin baldırlarındadır”.

 

G.Baxşıyeva tələbələrini açıq-saçıq geyimdə dərsinə buraxmadığını açıqlayıb:

“Tələbələrə deyirəm ki, mənim dərsimə belə gəlməyin! Qolu uzun, şalvar geyinə bilərlər, amma dar şalvar yox. Kimono da geyinməyə qoymuram! Qoluqısa köynək olar, amma topik, göbəyi  açıq, ipli köynəklər geyinmək olmaz!”

Gülşad Baxşıyevanın bu fikirləri sosial şəbəkdə xeyli müzakirə olunub. Bəziləri universitetlərdə “dresscode” olmadığını bildirib və bu hərəkətinə görə aktrisanı tənqid edib.

Tacxeber.com

Oxşar xəbərlər