• 23 Noyabr 2024 05:25

Leyli Axundova buna görə efirlərə çıxmır: “Həmin aparıcı özünü prokuror kimi aparır, “julik” həkimləri ortaya çıxarır” – FOTO + ÖZƏL

Leyli Axundova buna görə efirlərə çıxmır: “Həmin aparıcı özünü prokuror kimi aparır, “julik” həkimləri ortaya çıxarır” - FOTO + ÖZƏL

“Kinoda çəkilmək mənə çətin deyildi. Anam həmişə deyirdi ki, olmaz, atam deyirdi ki, olar! Mən orada özümü oynayırdım, çətinlik çəkmirdim. Tək uşaq idim, üstümdə əsirdilər. Dövlətli ailənin 10 ildən sonra dünyaya gələn qızı idim. Amma ailəm heç vaxt mənə demirdi ki, kasıbla, yoxsul uşaqlarla dostluq etmə. Əksinə, mənə uşaq ikən aşılayırdılar ki, dostluq pula, mala, dövlətə baxmır” .

Bunu Moderator.az-a açıqlamasında “Qaraca qız” filminin Xədicəsi, musiqiçi Leyli Axundova deyib. O daha sonra əlavə edib:

““Qaraca qız” filmindən sonra mənə çox təkliflər gəldi. Atam icazə vermədi. Sonra peşman olub dedi ki, kaş çəkilərdin. Rəhmətlik Toğrul Nərimanbəyov atama demişdi ki, icazə ver Leyli Moskvada kinoaktyor məktəbinə daxil olsun. Toğrul müəllim demişdi ki, mən danışmışam onlarla, Leyli imtahan verməyəcək, onun kinosu var. Atam buna da razılıq vermədi. Aktrisa yox, amma həkim olmadığıma görə peşman oldum. Həkimliyi çox sevirdim. Atam deyirdi ki, mənim bir qızım var, hamının dərdini çəkəcəksən, ürəyin partlayacaq. Sonradan da ailə həyatı qurdum. Məni istəyirdilər “Nizami” kinosuna çəksinlər. Həyat yoldaşım icazə vermədi”.

Leyli Axundova efirlərə çıxmamağının səbəblərindən də danışıb:

“Azərbaycan telekanallarına nadir hallarda baxıram. Sosial verilişlər ümumiyyətlə biyabırçıdır. Uşaqlar haqda verilişlər demək olar ki, yoxdur. Bir aparıcı düşünür ki, prokurordur, polis işçiləri olmamalıdır, özünü prokuror kimi aparır. Digəri biri bütün “julik” həkimləri ortalığa çıxarır. Bir dəfə sosial verilişlərdən birinə getdim, sonra tövbə etdim. O bunun arxasınca danışır, bu əsəbləşir, o qışqırır. Mənim çevrəm azdır. İnsanlara baxıb iç dünyasını görəndə onlardan uzaqlaşıram”.

Tacxeber.com

Oxşar xəbərlər