Lavrova “Ayğır” ordeni verildi
Burkina-Faso Prezidenti İbrahim Traore Rusiyanın xarici işlər naziri Sergey Lavrova respublikanın ali dövlət mükafatı olan “Ayğır” ordenini təqdim edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Burkina-Faso Prezidenti İ.Traore ilə görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrova bu Afrika ölkəsinin ən yüksək dövlət mükafatı təqdim edilib”, – məlumatda deyilir.