Bayden Zelenskidən üzr istədi
ABŞ Prezidenti Co Bayden aprel ayında Ukraynaya hərbi yardımın aylarla gecikməsinə görə ukraynalı həmkarı Volodimir Zelenskidən üzr istəyib.
Tacxeber.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, liderlər Parisdə bir araya gəliblər.
Zelenskiyə “yanındayıq” mesajını verən Bayden, Ukraynaya 225 milyon dollarlıq yeni yardım paketini açıqlayıb.
Digər tərəfdən, ABŞ Konqresində Ukraynaya 61 milyard dollarlıq hərbi dəstək nəzərdə tutan yardım paketinin qəbulunun aylarla gecikməsinə görə Zelenskidən üzr istəyib.