“Baboş”un milyonçu fanatı məhkəməni baş redaktora uduzdu – Özünə isə xəbərdarlıq edildi.
“Guseynoff” şirkətinin rəhbəri, tanınmış iş adamı “TikTok” fenomeni “Quseynoff_009” ləqəbi ilə tanınan Emin Hüseynovun vəkilləri “Azərbaycan Reallığı” İnformasıya Agentliyinin təhsiçisi və baş redaktoru Dəyanət Babayevə qarşı cinayət tərkibi yaradan böhtan atmaq və şərəf ləyaqətini alçaltması ilə bağlı xüsusi ittiham qaydasında Sabunçu rayon məhkəməsinə müraciət etmişdi.
İş adamı hesab edib ki, saytın onun barəsində verdiyi informasıyalar həqiqətə uyğun deyil, ona şər-böhtan ataraq işgüzar nüfuzuna xələl vurublar, şəxsiyyəti alçaldılıb və buna görə də xüsusi ittiham qaydasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş 147.1 və 148.1 ittihamlarına uyğun olaraq baş redaktorun 2 il müddətinə azadlıqdan məhrum olunmasın istəyib.
Məhkəmə prosesi zamanı Emin Hüseyinovun hüquqlarını 3 vəkil müdafiə etsə də proses zamanı onlar məhkəməyə kifayət qədər əsaslar təqdim edə bilməyiblər. İş adamına qarşı cinayət işi ilə bağlı verilən informasiyalar Baş Prokurorluğun rəsmi məlumatı olduğu üçün baş redaktora qarşı verilən şikayət rədd edilib.
“TikTok” fenomeni Baboşla bağlı verilən informasıyalar sosial şəbəkələrdə, “Azerbaijanrealligi”-ında gedən yazılardan öncə yayıldığı üçün həmin şikayət də rədd edilib.
Emin Hüseyinovun özü məhkəmədə iştırak etmədiyi üçün onun bu əməli hakimə hörmətsizlik kimi qiymətləndirilərək ona rəsmi xəbərdarlıq edilib.