20 litrlik su qablarında gizlənən TƏHLÜKƏ
Təmiz su içmək istəyərkən bəzən özümüzü təhlükəyə atmış ola bilərik. Təmiz su təklif edən şirkətlərin 20 litrlik plastik su qabları əslində təhükəli ola bilər.
Tacxeber.com lent.az-a istinadən bildirir ki, bunu türkiyəli alim Ali Gündoğdu qatıldığı teleproqramlardan birində deyib.
O qeyd edib ki, bu su qablarını ən çox 60 dəfə təkrar işlətmək olar. Su şirkətləri isə həmin qabları (damacana) 900 dəfəyə qədər işlədirlər.
Alimin sözlərinə görə, bir çox Avropa ölkələrində sulara xlor və flor maddələrinin qatılması yasaqlansa da, Türkiyə və Azərbaycanda bu maddələrdən geniş istifadə olunur.