• 24 Noyabr 2024 06:29

Telefonu əlindən qoymayanlar – Beyniniz təhlükədə

Gün ərzində xəbərləri təqib etmək, məlumat əldə etmək, on-layn oyun oynamaq, mesajlaşmaq və telefon danışıqları üçün yanımızdan ayırmadığımız telefonun beyinə mənfi təsirləri haqda çox məqalələr yazılıb.

telefonu-elinden-qoymayanlar

 

Tacxeber.com  bildirir ki, telefon asılılığı olan insanlar diqqətlərini başqa işlərə yönləndirməkdə çətinlik çəkirlər. Lakin telefonların mənfi təsiri bununla bitmir. Aparılan araşdırmalara görə, ağıllı telefonların insanların beynində dəyişiklik yaratdığı aşkarlanıb.

 

Koreya Universitetində araşdırma aparan alimlər ağıllı telefon və internet asılılığı olan gənclərin beyinlərini izləyə bilmək üçün MTİ kimi beynin kimyəvi kompozisiyasını ölçən “Maqnit rezonans spektroskopi” (MRS) texnikasını tətbiq edib.

 

Araşdırmanın nəticələrinə görə, 19 telefon və internet asılılığı olan gənclərin  12-si müalicə almaq üçün 9 həftə xüsusi terapiya keçib. Araşdırmada iştirak edən gənclərə internet və telefon asılılığının sosial həyat, yuxu rejimi, hisslərə təsir gösərən suallar verilib. Cavab verən insanlar arasında depressiya, davranışda pozulmalar və yuxusuzluq kimi halların yüksək olduğu aşkar edilib.

Araşdırmaçı alimlər təcrübdə iştirak edən gənclərə müalicədən əvvəl və sonra bir dəfə olmaqla MRS tətbiq edib.

 

Araşdırmadan əldə edilən nəticələr gündəlik həyatımızda istifadə etdiyimiz ağıllı telefonların beynin kimyəvi quruluşunda dəyişikliyə yol açdığını göstərib.

 

Lakin yaranan bu dəyişikliyin düzəldilmə ehtimalı var. Bu kimi ağıllı telefon və internetə bağlılığın davranışla bağlı tətbiq edilən terapiyalarda normallaşması mümkündür.

Tacxeber.com

Oxşar xəbərlər