Limonlu su arıqlamağa kömək edir? – Dietoloqların fikri
Limonlu suyun çox mübahisəli “reputasiyası” var. Bəziləri hesab edir ki, bu içki onların gözəlliyinin, gəncliyinin, sağlamlığının və incəliyinin sirridir. Bəziləri isə belə bir içkinin faydasız olduğuna inanırlar. Onların fikrincə, az miqdarda limon heç bir nəzərə çarpan təsir göstərə bilməz.
Bəs, bu fikirlərdən hansı doğrudur?
Tacxeber.com Lent.az-a istinadən xəbər verir ki, limonlu suyun şübhəsiz faydaları var. Limonun konsentrasiyasının həqiqətən aşağı olmasına baxmayaraq, suya qarışdıqda mövcudluğunu itirmir.
Buna görə də, limonlu su maddələr mübadiləsinə əla təsir göstərir, incəliyə nail olmağı və ya arıqlamaq prosesini sürətləndirməyi çox asanlaşdırır.
Həmçinin limonlu su ümumiyyətlə orqanizmə təmizləyici təsir göstərir və hətta immunitet sistemini gücləndirir.