Zakir Qaralov vəzifə almağa can atır
Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralov Ali Məhkəmənin hakimi olmaq niyyətindədir.
Tacxeber.com xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq baş prokurorun yaxın ətrafından bildirilib.
Məlumata görə, bu yaxınlarda Ali Məhkəmənin bir neçə hakiminin təqaüdə göndərilməsi bu instansiyada vakansiya yaradıb.