G7: Rusiya vurduğu ziyana görə Ukraynaya 500 mlrd dollar ödəməlidir
“Rusiya Ukraynaya genişmiqyaslı hərbi işğalın vurduğu bütün itkiləri kompensasiya etməlidir. 2023-cü ilin sonunadək Rusiyanın Ukraynaya vurduğu ziyan 486 milyard ABŞ dolları həcmində olub”.
Tacxeber.com xəbər verir ki, bu barədə Yeddilik Qrupunun (G7) İtaliyada keçirilən sammitinin yekun sənədində deyilir .
“Rusiya qanunsuz işğalçılıq müharibəsini dayandırmalı və Ukraynaya vurduğu ziyanı ödəməlidir. Dünya Bankının məlumatına görə, bu itkilər hazırda 486 milyard ABŞ dollarını ötür. Rusiya Ukraynaya vurduğu ziyana görə beynəlxalq hüquq öhdəliklərinə uyğun olaraq kompensasiyanı tamamilə ödəyəcək”, – bəyanatda deyilir.