• 23 Noyabr 2024 15:50

Kondisioner vurması nədir və qarşısı necə alınmalıdır? – Xəbərdarlıq

 

İsti havalarda sərinləmək üçün istifadə edilən kondisionerlər və ya soyuducular əslində ciddi sağlamlıq problemləri yaradır. Elmi məlumatlarda “kondisioner vurması” adlandırılan sağlamlıq problemi xüsusilə iyul və avqust aylarında artır.

 

Tacxeber.com “haber7″yə istinadla xəbər verir ki, qrip kimi problemlərə səbəb olan bu problem insanın gündəlik həyatını çətinləşdirir.

 

İsti havalarda bədən istiliyinin qeyri-sabit olması nəticəsində yaranan bəzi fəsadlar var. Bu vəziyyətin qarşısını almaq üçün insanlar kondisioner kimi soyutma cihazları ilə bədən istiliyini balanslaşdırmağa çalışırlar.

 

Kondisionerlər kifayət qədər təmizlənmədiyindən sağlamlıq problemlərinə səbəb olur.
Mütəxəssislər həddindən artıq istidə istifadə edilən kondisionerlərin iki gündən bir təmizlənməsini tövsiyə edir. Əks halda, “legionella” adlı bakteriyalar kondisionerin soyutma kanallarında məskunlaşaraq yuxarı tənəffüs yollarının xəstəliklərinə səbəb ola bilər. Yaxud həddindən artıq soyuq temperaturda istifadə edilən kondisioner orqanizmin istilik balansını pozur. İmmuniteti zəiflədəcək amillərə səbəb olur. Bu, bəzi xəstəliklərin yaranmasına zəmin yaradır.

Kondisioner vurmasının əlamətləri nələrdir?

 

– Şiddətli baş ağrısı səbəbindən başgicəllənmə,
– Bədən istiliyində qeyri-sabit hava şəraiti səbəbindən yaranan yüksək hərarət,
– Boyun, arxa, ayaq və qollarda daralma və sərtlik,
– Nəfəs alarkən döş qəfəsinin sıxılması
– Bədən hərəkətlərində məhdudiyyət kimi əlamətlərlə özünü göstərir. Ən çox rast gəlinən xəstəlik qripdir.

 

Qarşısını necə almaq olar?

– Birbaşa isti mühitdən soyuq mühitə keçməməlisiniz.
– Kondisioner havası insanlara dəyəcək bucaq altında olmamalıdır.
– Kondisionerlər hər həftə müntəzəm olaraq təmizlənməlidir.
– Temperatur 23 və ya 25 dərəcə olaraq tənzimlənməlidir.
– Rütubəti tarazlayan kondisionerlər daha sağlamdır.
– Kondisionerlərin yerləşdiyi mühit mütəmadi olaraq havalandırılmalıdır.

 

Boyun, qol, ayaq və bel sərtliyi üçün isti kompreslər tətbiq edilməlidir. Soyuqdəyməyə səbəb olduqda bir çimdik yaşıl çay və 2 çay qaşığı zəncəfili 1,5 stəkan suda yaxşıca qaynatdıqdan sonra içərisinə 5 – 6 damcı limon sıxaraq için.

 

Zəifləmiş immunitet sistemini gücləndirmək üçün çiyələk, qarpız, şaftalı və qovunları blendırdan keçirib bir boşqab yeməkdə fayda var.

Tacxeber.com

Oxşar xəbərlər