• 23 Noyabr 2024 05:07

Qazax rayonunda Ayətullah Xomeyni tərəfdarı olan, evini məscidə çevirən saxta axund həbs edilib

Qazax rayonunda evini məscidə çevirən və özünü Mircəfər Hüseynzadə kimi tanıtdıran Rəşad Ələkbərov narkotik ittihamı ilə həbs olunub.

 

“Azərbaycan Reallığı”-na bu barədə etibarlı mənbələrdən məlumat daxil olub.

Həmçinin məlumatlı mənbə özünü din masqası altında gizlətmiş şəxs barəsində saytımıza bəzi informasıyaları verib.

 

Əslində Rəşad Ələkbərov və özünü cəmiyyətə Mircəfər Hüseynzadə kimi sırıyan şəxs kimdir?

Qazaxda Mircəfər Hüseynzadə adlı şəxsin 11 ildir saxta seyidlik fəaliyyəti ilə məşğul olaraq real adı Rəşad Füzuli oğlu Ələkbərov olan bu şəxs saxta şəcərə düzəltdirərək seyid kimi fəaliyyətə başlayıb. Qazaxda evini məscidə çevirən Rəşad Ələkbərov gəncləri təsir altına salaraq İran meyilli kadrlar yetişdirməklə məşğul olduğu iddia edilir.

 

Həmçinin rayonda olan evini İran və Rusiya vasitəsi ilə ona göndərilən maliyyə hesabına həyətdə məscid tikib. Hətta qədimdə vəfat etmiş bir insanın sümüklərini haradansa çıxararaq öz aləmində həyətində düzəltdiyi pirdə dəfn edib. Məqsədi, amalı dövlətçiliyə qarşı çirkin əməllərdən ibarət olub.

 

İran İslam respublikasının ali dini lideri Ayətullah Xomeyni radikal təbliğatçılarından sayılan saxta məscid axundu hətta onun fotolarını yaşadığı evinin muxtəlif yerlərinə vuraraq onun qatı tərəfdarı olduğunu da gizlətməyib. Saxta axundun din kölgəsində gizlənmək arzuları bununlada bitməyib hətta həyat yoldaşı Röyalə Əzimovanın da adını və soyadını dəyişərək Xədicəxanım Hüseynzadə edib.

 

Bir sözlə, Rəşad Ələkbərov özünü həm seyid, həm molla, həm siyasətçi, həm blogger, həm də jurnalist kimi təqdim edərək onun həqiqi kimliyini tanımayan insanlar arasında nəzir, ianə yığmaqla məşğul olduğu da iddia edilir.

Tacxeber.com

Oxşar xəbərlər