• 24 Noyabr 2024 17:32

Tanınmış rusiyalı manyak-şizofrenik 22 illik həbsdən sonra Ukrayna cəbhəsinə yollanıb

Tanınmış rusiyalı manyak-şizofrenik 22 illik həbsdən sonra Ukrayna cəbhəsinə yollanıb

“Çikatilo qadınlara dəhşətli hücumlari ilə tanınıb, o, qurbanlarına arxadan yaxınlaşaraq çəkiclə onların gicgahına zərbələr endirib, deməsinə görə, çəkicin küt səsi xoşuna gəlib…”

 

22 il azadlıqdan məhrum edilən rusiyalı manyak Yuri Qritsenko artıq bir ilə yaxındır ki, Ukrayna cəbhəsində hücum bölmələrinin birində döyüşür.

 

Moderator.az xəbər verir ki, bu barədə “charter97.org” nəşri məlumat yayıb.

 

“Zelenoqradlı Çikatilo” adlandırılan manyak Moskva və Moskva ətrafında 5 qadını qətlə yetirib və 10 soyğunçuluq hadisəsi törədib.

 

Çikatilo bu yay Mordovadakı 10 saylı islah koloniyasında 22 illik cəzasını tam çəkdiyinə görə azad edilməli idi. Lakin manyak 2023-cü ilin sentyabrında azadlığa çıxaraq “Ştorm Z” hücum dəstəsində döyüşə yollanıb.

 

O, azadlıqda olduğu ilk zamanlar pul qazanmaq məqsədilə müharibəyə könüllü getmək arzusunda olub və Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb.

 

Hücum dəstəsi 62 yaşlı qatili səhhəti ilə bağlı qəbul etməyib, lakin sanitariya-təxliyyə tağımı üçün Qritsenko yararlı hesab edilib.

 

Qritsenko milisdə qulluq edib, lakin daxili işlər orqanlarından alkoqoldan sui-istifadə etdiyinə görə qovulub.

 

İlk qətlini o, 1993-cü ildə həyata keçirib, tava ilə fahişəyə ölümcül zərbə endirib. Bu cinayətinə görə 9 il həbsdə yatdıqdan sonra şərti olaraq azadlığa buraxılıb.

 

Bundan sonra 2000-ci illərin əvvəlində qadınlara dəhşətli hücumlar edib. Manyak öz qurbanlarına arxadan yaxınlaşaraq onların gicgahına çəkiclə zərbələr endirib.

 

O deyib ki, çəkicin küt səsi onun xoşuna gəlir. Qətllər törətməsindən əvvəl Çikatilo ruhi dispanserdə şizofreniya xəstəliyindən uçotda olub.

 

Qatil 2001-ci ildə bir avtobus sürücüsünün köməyi ilə saxlanılıb. Sürücü qışqırıq səsləri eşidib, manyakın əlindən qurbanı xilas edib və polis əməkdaşları gələnədək onu saxlayıb.

 

“Həbsdə olduğu müddətdə Qritsenko özünü son dərəcə aqressiv və idarəedilməyən məhbus kimi göstərib.

 

Həbsdə olduğu 22 ilin 13 ilini o, ciddi rejimli karserdə keçirib”, – məlumatda deyilir.

 

Qanuna görə Çikatilo müharibə başa çatanadək hərbi xidmət keçməli, bundan sonra azadlığa buraxılmalıdır.

Tacxeber.com

Oxşar xəbərlər