Azərbaycanlı “ən çox qazanan rusiyalı” oldu
2023-cü il üçün alınan dividendlərə görə 50 ən varlı rusiyalının ikinci illik reytinqi açıqlanıb.
Tacxeber.com xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
“Reytinqə dividend gəliri 177,4 milyard rubl (2 milyard dollar) dəyərində qiymətləndirilən “Lukoyl”un əsas səhmdarı Vahid Ələkbərov başçılıq edir”, – məlumatda deyilir.
Qeyd olunur ki, “Lukoyl” həm 2022, həm də 2023-cü illərdə dividend ödəyən bir neçə ən böyük Rusiya şirkətlərindən biri olub.