• 24 Noyabr 2024 11:53

İlon Mask keçmiş arvadının toyuna getdi – FOTO

Dünyanın ən varlı adamı olan İlon Mask keçmiş arvadının toyuna gedib.

 

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, biznesmen 2 dəfə evlənib boşandığı aktrisa Talula Rileyin (Rayli) toy mərasiminə qatılıb.

 

Mask İngiltərədə baş tutan toya xüsusi təyyarəsi ilə yollanıb.

 

T.Riley həmyaşıdı olan (34) britaniyalı aktyor Tomas Brodi-Sanqster (34) ilə evlənib.

Milyarder ötən il öz sosial media platforması olan “X” də cütlüyün nişan mərasimini də təbrik etmişdi.

 

Qeyd edək ki, Mask və Rayli ilk dəfə 2010-cu ildə evlənsə də 2 il sonra boşanıb. Daha sonra 2013-cü ildə yenidən evlənən cütlük 2016-cı ildə yenidən münasibətlərini sonlandırıb. Keçmiş cütlüyün uşaqları yox idi.

Tacxeber.com

Oxşar xəbərlər