• 25 Noyabr 2024 07:06

İranda prezident seçkiləri – Pezeşkiyan və Cəlili ikinci tura keçdilər

Bütün səsvermə bülletenlərinin nəticələrinə əsasən, İranda prezident seçkilərinin birinci turunda islahatçı Məsud Pezeşkiyan və mühafizəkar Səid Cəlili ən çox səs toplayıblar.

 

Bu barədə İran Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumata görə, namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün Pezeşkiyan və Cəlili iyulun 5-də keçiriləcək ikinci turda görüşəcəklər.

 

İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün İslaminin IRIB telekanalına verdiyi məlumata görə, bütün 58,6 min seçki məntəqəsində 24,5 milyon səs hesablanıb. Hesablamaya görə, keçmiş səhiyyə naziri Pezeşkiyan 10,4 milyon, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneninin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili isə 9,5 milyon səs toplayıb.

Tacxeber.com

Oxşar xəbərlər