“Sanki bu ölkədə saxta diplom alan yalnız müəllimlərdir” – Millət vəkili Fazil Mustafa
“Sanki bu ölkədə saxta diplom alan yalnız müəllimlərdir. Zəif bənd kimi müəllimlər tapılıb”.
Bu fikri Milli Məclisin 28 iyun tarixində keçirilən sonuncu plenar iclasında deputat Fazil Mustafa deyib.
Deputat təhsil səfərbərliyinin keçirilməsini təklif edib. Fazil Mustafa qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin verdiyi statistik rəqəmə görə, təhsil-tədris predmetini mənimsəmə faizi orta statistik abituriyentin 29-43 faizini əhatə edir. İnkişaf etmiş ölkələrdə bu göstərici 70 faizə yaxındır: