• 22 Sentyabr 2024 00:05

Ukraynanın Rusiyaya gecə hücumu başladı

 

Voronej vilayətinin sakinlərinə pilotsuz təyyarələrin hücum təhlükəsi barədə xəbərdarlıq edilib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev özünün Teleqram kanalında məlumat yayıb.

 

Eyni zamanda, Kursk vilayətində də PUA hücumu xəbərdarlığı elan edilib.

 

Qeyd edək ki, Ukrayna ordusunun son sutkada Kurska endirdiyi zərbələr nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb.

Tacxeber.com

Oxşar xəbərlər