• 24 Noyabr 2024 01:31

Yumurtanın zərərli olduğunu bilirsiniz?

Mütəxəssislər bu dəfə yumurta ilə bağlı araşdırma aparıblar.

 

Tacxeber.com xəbər verir ki, gündə 1 yumurta yeməyin orqanizmə ziyan olduğubu bildirilib. Tədqiqatçılar yumurta yerinə bir ovuc fındıq istehlakının daha faydalı ola biləcəyini vurğulayıb.

 

Hər gün yumurta yemək ürək xəstəliyi riski daşıyır. Alimlər belə qənaətə gəliblər ki, gündə bir yumurtanın təxminən bir ovuc qoz-fındıq ilə əvəz edilməsi ürək-damar xəstəliklərinin inkişaf və ya ölüm riskini 17 faiz azalda bilər.

 

Bəzi ekspertlər yumurtanın tərkibindəki xolesterinin ürəyə zərərli olduğunu bildirilblər. Ancaq buna baxmayaraq, qoz-fındıqların xolesterolu aşağı saldığı bilinir, bu da onları yaxşı bir alternativ halına gətirir.

 

Bu tapıntı bitki mənşəli qidaların heyvan mənşəli qidalar əvəzinə yeyildikdə ürək-damar xəstəlikləri, diabet və vaxtından əvvəl ölüm riskinə necə təsir göstərə biləcəyinə dair sübutların nəzərdən keçirilməsindən irəli gəlir.

 

Alimlər eyni zamanda kobasa və digər işlənmiş ət əvəzinə, qoz-fındıq yeyilməsini məsləhət görürlər.

Tacxeber.com

Oxşar xəbərlər