• 24 Noyabr 2024 03:32

Dizel yanacağının qiymət dəyişikliyi NƏLƏRƏ SƏBƏB OLACAQ?

“Ai92, Ai95 və Dizel yanacağınının qiymət dəyişikliyinə görə təcili atılmalı ən vacib addımlardan biri yanacaq xərclərinə görə fermerlərə dəstək mexanizmi hazırlamalıdır”

 

Bu sözləri Moderator.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

 

“Ai92 markalı benzinin qiymətinin 10 qəpik yüksəlməsini başa düşmək olar. Amma bir şərtlə ki həqiqətən də satılacaq benzinin keyfiyyəti Avro5 standartlarına uyğun olsun. Çünki benzinin artan keyfiyyəti daha çox məsafə qət etməyə və ehtiyat hissələrin daha uzunömürlü olması deməkdir. Amma keyfiyyət artmasa, onda heç nə…

 

Ai95 markalı benzinin qiymətinin ucuzlaşmasını isə ekologiyanın və ili nisbətən yeni avtomobillərin dəstəklənməsi baxımından yüksək qiymətləndirirəm.

 

Dizelin qiymətinin 25 faiz yüksəlməsi isə dizel mühərikli avtomobillərin istifadəsinin azalmasına səbəb olaraq ekologiyanın dəstəklənməsinə müsbət fayda versə də, kənd təsərrüfatı istehsalına mənfi təsirini göstərəcək. Buna görə də hökümət fermerlətin dəstəklənməsi üçün mütləq mexanizm hazırlamalıdır.

 

Onsuz da Ai92nin artması logistik xərcləri və bu da məhsulun maya dəyərini müəyyən qədər artıracaqdı. Bunun da üzərinə dizelin qiymətinin 25faiz artmasını gəlsək fermerlər üçün ciddi əlavə xərclər yaranacaq. Həm daxili bazarda kənd təsərrüfatı məhsullarının qiyməti yüksələcək, həm də fermerlər ixracda rəqiblərlə qiymət mübarizəsində daha da çətin vəziyyətə düşəcəklər. Kənd təsərrüfatının və fermerin problemi əvvəlcə fermerlərin, daha sonra regionların probleminə çevriləcək, axırda da bu problem bütün ölkənin makroiqtisadi göstəriclırinə öz mənfi təsirini göstərəcək. Buna görə də bir daha qeyd edirəm ki ən qısa zamanda kənd təsərrüfatı istehsalında sərf edilən dizel yanağına görə fermerlərin dəstəklənməsi üçün mexanizm hazırlanmalıdır”.

Tacxeber.com

Oxşar xəbərlər